Amerikalıların ancaq 36 faizi ABŞ prezidenti Co Baydenin (Joe Biden) fəaliyyətini bəyənir. Bu, yeni tarixi minimum sayılır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu Kvinnipeksk Universitetinin son sorğusundan bilinib.

Bundan öncəki reytinq oktyabr ayında – respondentlərin 38 %-i prezidentə dəstək verdiyini bildirəndə qeydə alınmışdı. İndi isə respondentlərin 53 %-i Baydenin fəaliyyətini bəyənmir (bir ay öncəkindən 1% çox).

Amerikalılar prezidentin işinin əsasən iqtisadiyyat, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə, xarici siyasət və iqlim dəyişikliyi ilə mübarizədə çox zəif olduğunu düşünürlər.

Respondentlərin yarısı (51 %) prezidenti dürüst hesab etmədiklərini, 42 faizi isə əks düşüncədə olduqlarını bildiriblər. 57 % onun yaxşı liderlik keyfiyyətlərinin olmadığına inanır, 37 % onlarla razılaşmır. 56 % ABŞ-ın indiki administrasiyasının yetərincə səriştəli olmadığına əmindir, 40 % isə bunun əksini düşünür.

Baydenin reytinqini cənub sərhədindəki miqrasiya böhranı, Əfqanıstandakı fiasko və iqtisadi vəziyyət sarsıdıb. Son sorğu göstərdi ki, ABŞ prezidentini daha çox siyasətdən mümkün qədər uzaq olan və özlərini demokratların, ya da respublikaçıların tərəfdarı hesab etməyənlər tənqid edib.

Öncəki xəbərErmənistanın ABŞ və Fransa taktikası: Rusiya Paşinyanın oyununu başa düşür
Sonrakı xəbərLukaşenko Polşa hərbçilərini dövlət sərhədini pozdmaqda günahlandırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın