Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Bayden (Joseph Biden) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ dövlət başçısı məktubunda Prezident İlham Əliyev və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıb.

“Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır”, – ABŞ Prezidenti sözlərinə əlavə edib.

“Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığı təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, – Cozef Bayden qeyd edib.

Ağ Ev rəhbəri Birləşmiş Ştatlar hökuməti adından Prezidentə və Azərbaycan xalqına ən xoş arzularını yetirdiyini bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın