İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçürülüb.

YALAN.info bildirir ki, köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib.

K.Sultanovanın 57 yaşı olub. Mərhum doğma kənddə torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Onu da bildirək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən tikilən Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İndiyədək 201 nəfərdən ibarət 41 ailə Ağalıya köçürülüb.

Yada salaq ki, evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan öncə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın