“20 yanvarda hökumətin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qərarın tətbiq edilməsinə az qalmış Kapitolidə 2024-cü ildə ABŞ hökumətinin maliyyələşdirilməsi üzrə layihə barədə razılığa gəlinib”.

YALAN.info bildirir ki, bununla bağlı Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Co Bayden bəyanat verib.

Ağ Evin yaydığı bəyanatda dövlət başçısı məsələnin vaxtında həllinə görə Senat və Nümayəndələr Palatasındakı demokratlara təşəkkür edib. Siyasətçi əlavə edib ki, büdcə ilə bağlı əldə olunan anlaşma önəmli milli maraqların qorunmasına müsbət təsir göstərəcək.

Yada salaq ki, dekabrın sonunda Co Bayden ABŞ-nin 2024-cü il üçün müdafiə büdcəsini təsdiqləyib ki, bu da rekord 886,3 milyard dollar təşkil edəcək. Onu da bildirək ki, daha öncə ABŞ administrasiyasının İnzibati Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq Ağ Ev və Konqresin bu il üçün xərclərlə bağlı razılığa gəlmədiyini, bu səbəbdən də ABŞ hökumətinin yanvarda qismən fəaliyyətini dayandıra biləcəyini demişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın