NordPass şirkəti 2021-ci ildə ən çox istifadə edilmiş şifrələrin reytinqini təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, əvvəlki illərdə olduğu kimi bu ilki reytinqdə də əsas yerləri primitiv şifrələr tutub.

Primitiv şifrələrin hack edilmələri üçün 1 saniyə vaxt yetərlidir. Beləliklə, reytinqə uyğun olaraq bu il ən çox istifadə edilmiş şifrə “123456”-dır. Bu cür şifrəni heç bir çətinlik çəkmədən hack etmək olar. Məlumata görə, bu şifrədən 103 milyon dəfə istifadə olunub.

Reytinqin ilk üçlüyünə həmçinin “123456789” və “12345” şifrələri daxil olub. Məlumatda qeyd edilib ki, “123456789” şifrəsindən 46 milyon dəfə, “12345” şifrəsindən isə 32 955 milyon dəfə istifadə edilib. Başqa məşhur sayılan “qwerty” şifrəsi reytinqin dördüncü yerində qərarlaşıb.

Tərtib edilmiş reytinqə 200 növ şifrə salınıb. İlk 100 növ şifrənin hack edilməsi üçün 1 saniyə vaxt lazım olur. Ancaq “1g2w3e4r”, “qwerty123”, “michele” və “myspace1” kimi şifrələrin hack olunması üçün bir qədər daha çox vaxt (3 saat) lazımdır.

Bununla yanaşı NordPass şirkəti bir sıra maraqlı faktı da təqdim edib. Məsələn, ABŞ-da 222 287 nəfər qadın daha çox “iloveyou” şifrəsindən istifadə edir. Kişilərdə bu şifrəyə daha az rast gəlinir. Belə ki, bu şifrəni yalnız 96 785 nəfər kişi işlədir.

Kanadada idman ilə bağlı ən məşhur şifrə “Hockey”-dir. Bu şifrəni 26 055 nəfər kanadalı kişi və 8 324 nəfər kanadalı qadın işlədib. Bundan başqa “Metallica” şifrəsi “Slipknot” şifrəsini geridə qoyub. Belə ki, “Metallica” şifrəsindən 88 543 nəfər insan, “Slipknot” şifrəsindən isə 75 204 nəfər insan istifadə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın