Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalıların könüllü şəkildə ölkələrinə qaytarılması üçün planlaşdırılan layihəni açıqlayıb.

YALAN.info bildirir ki, Ərdoğan Türkiyənin nəinki suriyalı qaçqınlara qapılarını açıb, həm də onların evlərinə qayıtmaları üçün əlindən gələni etdiyini bəyan edib.

“Türkiyənin Suriyadakı faciə ilə əlaqədar sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən bu yana təxminən 500 min suriyalı təhlükəsiz bölgələrə qayıdıb. Biz bunu könüllü qayıdış layihələri ilə dəstəkləyirik. İndi biz bir milyon suriyalı qardaşımızın könüllü geri qayıtmasını təmin edəcək yeni layihənin hazırlanması mərhələsindəyik”, – Türkiyə lideri bildirib.

SON DAKİKA I Cumhurbaşkanı Erdoğan, Suriyelilerin Dönüşü İçin Planlanan Projeyi Duyurdu
MƏNBƏHaber Global
Öncəki xəbərBMT: Ukraynalı qaçqınların sayı 5,5 milyondan çoxdur
Sonrakı xəbərYork Universitetinin azərbaycanlı professoru: Biz Azərbaycan üçün işləməyə həmişə hazırıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın