Valyuta Dəyişmə Əməliyyatlarının Aparılması Qaydası Yeniləndi

Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiq edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta dəyişmə fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və güvənlik tələblərin, həmin tələblərlə bağlı təsdiqedici sənədlərin siyahısının, valyuta dəyişmə əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta dəyişmə fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Qaydaya görə, valyuta dəyişmə məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa xidmətlər həyata keçirilə bilməz.

Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada, ya da binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.

Valyuta mübadiləsi məntəqəsinin nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadratmetr sahəsi olmalıdır. Məntəqədə güvənlik (video izləmə kameraları) və Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə uyğun yanğından izləmə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron güvənlik sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis güvənlik pultuna qoşulmalıdır. Video izləmə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay saxlanılmalıdır.

Valyuta dəyişmə məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Daxili İşlər Nazirliyinin güvənlik xidməti, ya da qanunla özəl güvənlik fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsiylə bağlı bağlanmış anlaşmanın olması şərtilə icazə verilir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir