UNICEF-in Azərbaycandakı elçisi E.Karvard: Heç bir uşaq döyüşlərin qurbanı olmamalıdır

“Heç bir uşaq harada yaşamasından asılı olmayaraq, döyüşlərin qurbanı olmamalıdır”.

UNICEF-in Azərbaycandakı elçisi Edvard Karvardin iyulun 4-də Füzulinin Alxanlı kəndində iki yaşlı Quliyeva Zəhra Elnur qızının və onun nənəsinin ermənilər tərəfindən öldürülməsini “Report“a açıqlayarkən deyib.

Onun sözlərinə görə, heç bir azyaşlı qız, ya da oğlan uşağı döyüşlərdə ölməməlidir və ailələr balalarınin itirilməsinə görə üzülməməlidirlər: “BMT hər iki tərəfi zorakılıqdan əl çəkmək və qarşıdurmanı çözmək üçün diplomatik yollardan yararlanmağa çağırıb. UNİCEF-in döyüşlər nəticəsində zərər çəkən uşaqlara yardım etməsinə gəlincə, qurumumuz döyüşlər zamanı ziyan dəyən rayonlarda çoxlu işlər görür. Biz minaların təhlükəsi ilə bağlı proqram üzərində çalışırıq. Eyni zamanda biz “təhlükəsiz vərdişlər”ə yiyələnməsi üzərində işləyirik ki, cavanlar döyüşlər zamanı özünü necə davranmalı olduğunu bilsinlər. Ötən ilin aprel olayları göstərib ki, yaralananların çoxu evdən çıxdığına görə xəsarət alıblar. Bu davranış başa düşünüləndir, ancaq eyni zamanda təhlükəlidir”.

E.Karvardin bildirib ki, qurum eyni zamanda münaqişədən əziyyət çəkənlər üçün psixoloq proqramını da hazırlamaqdadır.

“Ötən il Azərbaycanın cəbhə xətti yaxınlığında işləyən 150 həkim və tibb işçisi sonradan pasientləri bilgiləndirmək üçün ana südü ilə əmizdirməylə bağlı biliklərinin yaxşılaşdırılması üçün treninqdən keçib”.

Bunu da YUNİSEF-in Azərbaycandakı elçisi Edvard Karvardin deyib. Onun sözlərinə görə, qurum körpələrin gələcəkdə normal böyüməsi üçün onların həyatının ilk 6 ayında ana südü ilə qidalanmanı önəmli sayır.

E.Karvardin bildirib ki, qurumlar üçün də Azərbaycanda qızların önəmliliyinin anlaşılması məsələsi vacibdir: “Qızlar, adətən, oğlanlara yaradılan imkanları əldə etmirlər. Mənim üçün Azərbaycanın futbol üzrə 16 yaşa qədər qızlardan ibarət milli komandasının üzvlərini YUNİSEF-in ofisində qəbul etmək çox sevindirici oldu. Onlar qızların da belə fəaliyyətlə məşğul ola biləcəyiylə bağlı açıq mesaj göndərdi. Biz idman məşqçilərinin proqramının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, eləcə də AFFA ilə işləyirik. Onlarla birlikdə idmana daha çox qız cəlb edə bilərik. Məncə, bu, çox önəmli durumdur, çünki bir çox ölkələrdə qızların oğlanlarla eyni imkanları olmur. Azərbaycan kimi inkişaf etmək və uğurlu olmaq istəyən ölkələrdə qızların eyni şanslar əldə etməsi çox önəmlidir”.

YUNİSEF elçisi bu baxımdan 2011-ci ildə qəbul edilmiş 18 yaşından kiçik qızların nikaha girməsinə qadağa qoyulması ilə bağlı qanunun önəmliyini vurğulayıb: “Bu, önəmlidir. Çünki onların sağlamlığına zərər verilə bilir. Eyni zamanda, onlar məktəbi atmalı olurdu, işsiz qalırdı. Buna qədər oğlanlarla bağlı eyni qərar qəbul edildiyindən qızlar həm də onlarla bərabərlik yaratmış olur”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir