Sorğu: Yazarlarımız Vasif Talıbovun Kitab Sərəncamı ilə Bağlı Nə Düşünür

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov oxunması önəmli olan kitabların siyahısı ilə bağlı uyğun sərəncama qol çəkib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, sərəncama görə gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına qulluq edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib.

Siyahıya aşağıdakı 30 kitab salınıb:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

2. “Kitabi-Dədə Qorqud” dastanı

3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

4. Nizami Gəncəvi “Sirlər xəzinəsi” (Poema)

5. “Nizaminin hikmət və nəsihətləri”

6. Nəsirəddin Tusi “Əxlaqi-Nasiri”

7. Məhəmməd Tağı Sidqi “Məktəb hekayələri”

8. Hüseyn Cavid “Azər” (Poema)

9. Cəlil Məmmədquluzadə “Hekayələr”

10. Məmməd Səid Ordubadi “Qılınc və qələm” (Roman)

11. Qurban Səid. “Əli və Nino” (Roman)

12. Məmmədhüseyn Şəhriyar “Heydərbabaya salam” (Poema)

13. “Təmsillər” (uşaq ədəbiyyatı)

14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

15. Faruk Sumer “Oğuzlar”

16. Rəşidəddin Fəzlullah “Oğuznamə”

17. Yusif Balasaqunlu “Qutatqu bilik”

18. Teodor Drayzer “Dahi” (Roman)

19. Cek London “Həyat eşqi” (Hekayə)

20. Ernest Heminquey “Qoca və dəniz” (Povest)

21. Nikolo Makiavelli “Hökmdar”

22. Gi de Mopassan “Gombul”

23. Antuan de Sent-Ekzüperi “Balaca şahzadə”

24. Nikolay Ostrovski  “Polad necə bərkidi” (Bioqrafik roman)

25. Moris Meterlink “Arıların həyatı” və “Göy Quş” əsərləri

26. “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları)

27. Seyid Əzim Şirvani “Seçilmiş əsərləri” (Təmsillər)

28. “İslamda müdrik kəlamlar”

29. Sədi Şirazi “Gülüstan”

30. Eynəli bəy Sultanov “Məqalələr”

Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında uyğun kitab guşələri yaradılmalıdır.

Publika.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin bu təşəbbüsü ilə bağlı şair və yazıçıların düşüncələrini öyrənib.

Şair-publisist Murad Köhnəqala V.Talıbovun bu addımı yüksək dəyərləndirib:

O açıqlamasında bildirib ki, Ali Məclis sədrinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi işlər doğurdan da alqışa dəyər:

Фото İlham Qəhrəman.

“Vasif Talıbov bir vaxtlar Naxçıvanda yas yerlərində israfçılığın qarşısını almaq üçün rəsmi sərəncam imzalamışdı, onda çox sevinmişdim. Sonra büdcə təşkilatı işçilərini iməclik işlərinə qoşdu. Buna da sevindim. Deyə bilərsiniz, XXI yüzillikdir, insanları nələrəsə təhrik eləmək düzgün deyil. Onda mən də soruşuram, bəs, bizimkilər özlərini XXI yüzilliyin sivil adamı kimi apara bilirlərmi? Bizim xalqın nümayəndələri küçələrə zibil atmağı sevər, ancaq öz istəyi ilə küçədə səliqə yaratmağı, ağac əkməyi özlərinə sığışdırmazlar.

Vasif müəllim bu dəfə Naxçıvan əhalisinin oxumalı olduğu bədii kitabların təxmini siyahısını tərtib etdirib. Gözəl! Çox sevindim. Uzun illər Muxtar Respublikada rəhbərlik edən adam yaxşı bilir ki, bu milləti işıqlı yerlərə zorla itələmək gərəkdir. Yoxsa özbaşına buraxsan saqqal buraxıb şalvar gödəltməkdən, qadınları qara çadraya bürüməkdən, min ilin ölüsü üçün baş yarmaqdan, ya da çayxanalarda domino oynamaqdan başqa bir şey eləməyəcəklər. Ancaq hörmətli Vasif müəllimin təklif elədiyi kitablardan oxuyan əhali oxumağa alışaraq başqa kitablar da axtaracaqlarına əminəm.

Eşq olsun ona!..”

“Mənfi sənsiz dərəcə” şeirlər kitabının müəllifi Aqşin Evrənin qənaətinə görə, V.Talıbovun bu addımı bəzi millət vəkillərinə, siyasilərə dərs olmalıdır:

Azərbaycanlı məşhur BÜTÜN GİZLİNLƏRİ AÇDI:

“Öncə onu deyim ki, Vasif Talıbovun bu gözəl adımını özəl təqdir və sevinclə qarşılayıram. Onun bu addımı daim mahiyyətsiz açıqlamaları, addımları ilə gündəmə gələn bir sıra millət vəkillərinə, siyasətçilərə dərs olsun. Ümumiyyətlə, universitetlərdə də bu məcburiyyət tətbiq olunmalıdır. Çünki mütaliəli toplum cinayətdən, vəhşilikdən uzaq olur və ailəsinə, ölkəsinə, dünyaya faydalı biri kimi yetişir.

Siyahı məsələsinə gəldikdə isə burada çox gözəl əsərlər var. Özəlliklə Azərbaycan və dünya ədəbiyyatının şedevrlərini siyahıda görmək məndə bu əsərləri yenidən oxumağa həvəs yaratdı. Son illər ədəbiyyat adına atılmış ən gözəl addımlardan biridir. Əslində, bu cür qərarların verilməsi təbiidir, ancaq nadir hallarda gördüyümüz üçün bizdə “mifik olay” təsiri yaradır. Naxçıvandakı gəncliyi təbrik edərək, Vasif Talıbova çox sağ olun deyirəm”.

Yazıçı və tanınmış jurnalist Qan Turalı da həmkarları kimi belə sayır ki, kitab oxumağa səsləyən bütün addımlar sevindiricidir:

Qan Turalı qocalmaq qorxusuna BARDA QALİB GƏLDİ

“Çox müsbət addımdır. Ümumiyyətlə, insanları kitab oxumağa səsləyən bütün addımlar müsbətdir. Siyahıda Servantesi, Şekspiri, Tolstoyu, Hüqonu, Balzakı, Dotoyevskini, Kafkanı da görmək istəyərdim. Siyahı sanki minimum tələblər əsasında qurulub. Axundovun, Haqverdiyevin adının olmadığı siyahıya Məmməd Səid Ordubadi və Eynəli Sultanov özəl dad verir”.

Şair Emin Pirinin sözlərinə görə, zorakılıqla əzbərlədilməyən hallarda mədəniyyət, ədəbiyyat və Vasif Talıbovun dediyi kimi kitablara, oxumağa qayğı alqışlanasıdır:

Фото Emin Piri.

“Siyahıda yetəri qədər ciddi əsərlər var. Guşələrin yaradılması çoxdan edilməli və belə guşələr bundan sonra da artmalıdır. Bugünkü gündə kitaba qayğını, şablon ədəbiyyata sevgini göz önünə alsaq, bir çox ciddi əsərlərin bu formada oxudulmasını dəstəkləyirəm. Yoxsa başqa cür düzələnə oxşamır. Çox yaxşı olar ki, Vasif müəllim bu əsərləri əzbər olmasa da, adlarını bilməyən məmurları işdən çıxartsın. Ondan sonra Naxçıvan dünyanın bir nömrəli mütaliəli bölgəsinə çevrilər”.

Yazıçı Aytən Cavanşir bildirib ki, V.Talıbovun ədəbiyyata diqqət ayırması alqışlanası olaydır:

Фото Ayten Cavanshir.

“Kitabla bağlı təşəbbüsdür, bəyənməməyim gülünc olardı. Əməl edən olacaq, ya yox, deyə bilmərəm, ancaq insan ən azından ədəbiyyata diqqət ayırıb. Bu addımını alqışlayıram. Siyahıya əlavələr edərdim, ancaq biz təşəbbüsdən danışırıq, ilk addımı o atıb, gerisini oxucu etsin”.

Yazıçı Aysel Əlizadə də kitabın təbliğ olunmasının önəmli addım olduğunu vurğulayıb:

Фото Aysel Alizade.

“Əlbəttə ki, alqışlanmalı haldır. Siyahıda adıçəkilən kitabları da yaxşıdır”.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir