Real TV-də Çalışacaq Şəxslərin Adları: Vahid Mustafayev Mirşahinin Yanında Olacaq?

Mirşahin Ağayev ötən gün lisenziya alan Real TV üçün komandanı formalaşdırıb. TV-yə başlıca olaraq keçmiş ANS telekanalının əməkdaşlarını topladığı bildirilir.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Real TV-dən Modern.az-a verilən məlumata görə, Mirşahin Ağayevin yeni komandasında fəaliyyəti dayandırılmış ANS telekanalının aşağıdakı əməkdaşları çalışacaq:
Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailəoğlu və başqaları.
Hələlik baş redaktor və redaktorların kim olacağı bilinmir.

Vahid Mustafayev Mirşahinin Yanında Olacaq?

Onu da bildiriblər ki, Real TV layihəsi Mirşahin Ağayevdir və Vahid Mustafayev bu layihədə yer almayacaq.
Vahid Mustafayev (Vahid Naxış)
Vahid Mustafayev (Vahid Naxış)
Eyni zamanda, Real TV-nin ofisinin Əhməd Rəcəbli küçəsində yerləşdiyi bildirilib. 5 mərtəbəli binada yerləşən ofisdə son hazırlıq işləri görülməkdədir.
TV-nin yaxın günlərdə yayıma başlayacağı deyilir. Vurğulanır ki, artıq texniki avadanlıqlar alınıb, kameraların bir hissəsi ofisə gətirilib, digərləri də gətiriləcək. ANS-in köhnə avadanlıqları götürmək isə mümkün olmayıb. Bildiyiniz kimi, prokurorluq ANS-in qapısını möhürləyib.
Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən ANS Müstəqil Yayım və Media Şirkətinin, həmçinin, telekanalla birlikdə ANS ÇM radiosunun işləməsi dayandırılıb. Buna səbəb ANS TV-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi olub.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir