NETTY2016 Azərbaycan Milli İnternet Mükafatında  iştirakı ilə bağlı ərizələrin qəbulu davam edir. 200-dən çox sayt, layihə və proqram təminatı artıq iştiraka qəbul edilib.

YALAN.info-ya verilən məlumata görə, ən çox layihə “Elm və təhsil” nominasiyasinda qeydiyyata alinib, ən az isə, hələlik “Dövlət saytı” nominasiyasındadır. Ənənəvi olaraq, mükafat bir çox layihə, sayt və proqram təminatlarının başlanğıcının platforması kimi çıxış edir. Orta hesala startapların 30%-i birinci dəfə, məhz mükafat çərçivəsində özlərini tanıtdırırlar. Mükafatın təşkilatçıları cari ildə təhsil sahəsində layihələrin sayının artırılmasını müşahidə edirlər.

Xatırladaq ki, sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari ilin aprelin 30-dək davam edəcək.

Mayın 1-dən 7-dək, NETTY-nin nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi həyata keçiriləcək. Belə ki, Şura hər nominasiya üzrə üç nominant seçilir. Virtual münsiflər heyəti isə heyət iştirakçılarının ümumi sayından “Şəbəkənin seçimi” nominasiyasında üç nominant seçir.

8 may tarixdə NETTY Akademiyasının səsverməsi başlayır.  Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edəcək. NETTY2016 nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi – qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.

Saytda qeydiyyatdan keçən hər bir şəxs Virtual münsiflər heyətinin üzvü ola bilər və müsabiqənin nominantların seçimində iştirak edə bilər. Ekspert qrupu – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır. NETTY Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.

Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək:

  • Azərbaycan
  • Dövlət saytı
  • Elm və təhsil
  • Mədəniyyət və incəsənət
  • Cəmiyyət
  • İnformasiya və xəbərlər
  • Servis-sayt
  • Korporativ sayt
  • Elektron Kommersiya sahəsində ən yaxşı sayt
  • Əyləncə
  • İdman
  • Şəxsi sayt
  • Şəbəkənin seçimi

Müsabiqə çərçivəsində “Mobil qurğular üçün ən yaxşı proqramlar”, “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi”, “İlin İT-hadisəsi” kimi fəxri nominasiyalar üzrə də mükafatların veriləcəyi bildirilir.

Cari ildə, müsabiqə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin partnyorları aşağıdakılardır: Tabasko Branding Bureau şirkəti, BakuTel sərgisi, KATV1 operatoru, SmartHost şirkəti.

Tədbirə İnformasiya dəstəyini Infocity.az, 1news.az, Disput.az, Oxu.az, Gun.az göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı (www.netty.az) 2004-cü ildə təsis edilib. NETTY – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın