Mübariz Mənsimovun Palmali şirkəti müflis elan olundu

Martın 17-də FETÖ terror qurumunun üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun “Palmali Holding Company Limited” şirkəti müflis elan olundu.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı “Report”a istinadən xəbər verir ki, şirkətin müxtəlif ölkələrin banklarına toplamda 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə “Palmali Holding Company Limited” və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda, dünya miqyasında Mənsimovun birbaşa, ya da dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına görə, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki toplam 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir