Karantin rejimini pozanlardan toplanan cərimələr Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülür

Ölkə ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycanda xüsusi rejim tətbiq olunur. Koronavirusa yoluxma hallarının artması səbəbindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi martın 31-dən başlayaraq daha da gücləndirilib.

Nazirlər Kabinetinin qərarı ilə xüsusi qaydalar hazırlanıb. Əhalinin həmin qaydalara birmənalı şəkildə riayət etməsi tələb olunur. Qaydalara riayət etməyən şəxs, ya da şəxslər isə aidiyyəti orqanlar tərəfindən uyğun qaydada cərimə olunur.

Xatırladaq ki, Azərbaycanda COVID-19-la mübarizəyə dəstək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Ölkədə fəaliyyət göstərən nazirliklər, qurumlar, özəl şirkətlər və əhali könüllü olaraq fonda müəyyən məbləğdə ianələr köçürüb.

Nazirlər Kabinetinin təyin etdiyi qaydaları pozan şəxslərə tətbiq edilən cərimələrdən əldə olunan məbləğ hara köçürülür?

Oxu.Az-ın sualını Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov cavablandırıb. O bildirib ki, xüsusi karantin rejiminə əməl etməyən şəxslərə tətbiq edilən cərimələr Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülür:

“Bu gün üçün cərimələrin sayı və məbləği ilə bağlı məlumat yoxdur. Lakin karantin rejimini pozan şəxslərdən toplanan cərimələr birbaşa Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülür”.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı ilə yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdir.

Dövlət qurumları, fiziki və hüquqi şəxslər Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər, bu isə COVID-19-a qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasına gətirib çıxarır.

Ən son rəsmi məlumata əsasən, Fonda 102 milyon 741 min 569 manat vəsait toplanıb. Bunun 20 milyon manatını Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait təşkil edir.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir