Eyni anda neçə işə birdən yönələ bilərsiniz? Konsantrasiyanın önəmi

Eyni anda neçə işə birdən yönələ bilərsiniz? İki, üç, beş, yoxsa yeddi? Nə qədər çox iş görə bilərsinizsə, o qədər bacarıqlı olduğunuzu sanırsınız, elə deyilmi? Ancaq əsil bacarıq bu sayı birə endirməyi bacara bilməkdir.

Bu anda məni izləyərkən eyni anda başqa bir şey edirmisiniz? Cavabınız “hə”dirsə sizinlə bir oyun oynayaq. Əgər 5 dəqiqə boyunca başqa heç bir şeylə maraqlanmadan bütün konsantrasiyanızla bu videonu izləməyi bacararsınızsa, yəni bu zaman boyunca sadəcə bir işə yönəlsəniz sizə bütün bacarıqların özülünü söz verirəm. 5 dəqiqə boyunca başqa bir şeylə maraqlanmaq yoxdur. Gözüm üstünüzdə, ona görə…

Bu anda tam beyninizə baxıram. Baxıram da çox məşğul. Eyni anda 40 tülkü dolaşır, heç birinin quyruğu bir-birinə dəymir. Bunun kompyuter dünyasındakı qarşılığı nədir bilirsinizmi? Multitasking, yəni eyni anda birdən çox şeyi etmək. Kompyuterlər bu işi çox gözəl bacarır. Hətta cibimizdəki kiçik kompyuterlər -mobil telefonlar – İsviçrə çakısı kimi və sizi də belə olmağa zorlayır.

Mən də eyni anda çox iş görərəm deməyin. Çünki sizin beyniniz bir kompyuter deyil. Ayrıca eyni anda birdən çox işi görə bildiyini iddia etmək, yəni “multitasking bacarığı” insanlar üçün bir illuziyadır. Bunu mən deyil, MİT-də elm sahəsində çalışan professor Earl Miller söyləyir. “İnsanlar eyni anda birdən çox şeyi etməyə çalışdıqlarında əslində bunu görə bilməzlər. Onun yerinə bir işdən başqasına keçməyə başlarlar. Bu tez keçişlərin də bir bədəli vardır.” deyir professor.

Yəni bizlər topları havada tutub onları davamlı çevirməyə çalışan bir janqlerdən çox boşqab çevirən bir hoqqabaza bənzəyirik. Bir işdən başqasına dəli kimi qaçırıq. Önümüzdə tək bir boşqab olmadığı üçün konsantrasiyamız da durmadan pozulur. Oturum da bir az çalışım. Dur baxım yeni email gəldimi? Yox, “Game of Thrones”-un yeni bölümü çıxmış, açım da bir yandan onu izləyim. Instagram üçün fotolarını da çəkib paylaşım. WhatsApp-dan mesaj gəldi! Neçə dəqiqədir SnapChat işlətmədim, necə bir snap atsam görəsən?! Ay, qoyduğum fotonu neçə kişi bəyəndi görəsən? Aaa, mən çalışmaq üçün oturmuşdum da nəyin üzərində çalışırdım ki?

Eyni anda bir sürü boşqab çevirirsən “Başqa boşqablar dönməyə devam edirmi? Hansı öncə düşüb qırılacaq?” deyə düşünməkdənsə işinə necə konsantrasiya olacaqsan?

Eyni anda birdən çox işi görməyə çalışmaq asan bir problem olaraq görünə bilər. Ancaq London Universitetinde aparılan bir araşdırmaya görə bunun da daha ağır sonucları var. IQ-nüzü düşürə bilər. Bu araşdırmaya görə misal üçün, bir toplantı əsnasında cib telefonuyla mesajlaşan birinin o andakı IQ-sü 8 yaşındakı bir uşağın səviyyəsinə qədər geriləyə bilər.

Birdən çox iş görərkən heç birini tam olaraq edə bilmədiyin üçün durmadan məşğul görsənib əslində heç bir şey edə bilmirsən. Ondansa hər səfərində tək bir işə köklənsən, elə, ya da belə o işi bitirərsən və bir işi bitirməyin mutluluğunu yaşayarsan.

Bunu qəbul edək. Bizlər sınırları olan zəyif canlılarıq. Vaxtımızın da, beynimizin də sınırları var. İki saniyədə bir dəyişən bu rəsmə baxarkən bir çoxumuzun beyni eyni görseli gördüyünü zənn edir. Heç bir dəyişiklik fərq etmir. Ya da bir kağıza öncə yazı yazıb sonra rəqəmləri düzə bilərik, ancaq bu iki işi eyni anda etməyə çalışdıqda həm işin toplam zamanı uzanır, həm də səhvlər artır.

“The Myth of Multitasking” kitabının yazarı Dave Crenshaw bunu bir maliyyət olaraq görür, durmadan yön dəyişdirməyin maliyyəti. Bizə bahalıya partlır. Ondansa sınırlarımızı kəbul etməliyik. Gündə 24 saat var. Həftədə 7 gün.

Doğrudur, beyinlərimiz hər zamankindən daha məşğul. Durmadan bir bilgi bombardımanı altındayıq. Üstəlik hər zamankindən daha çox şey etmək zorundayıq. Ancaq sırayla. Tək-tək. Konsantrasiya olmalıyıq. Beyinlərimizi bu digital bölünmüşlükdən qurtarmalıyıq. Bəzi şeylərə “yox” deməyi bilməliyik. Lazer kimi yönələ bilməliyik.

5 dəqiqədir buradasınızmı? Başqa heç bir şeylə maraqlanmadıq, elə deyilmi? O zaman bacardınız, təbriklər.

“Bacarıqlı bir döyüşçü əslində ortalama bir adamdır.” deyir Brus Li (Bruce Lee). “Yalnız lazer kimi yönələ bilmə gücü var” deyə artırır. “Konsantrasiya, bütün üstün bacarıqların özülüdür.” Əgər konsantrasiya bacarığına sahib olmağı bacarsanız, başqa bacarıqları qazanmaq çox daha asan olacaqdır. Bir işi görərkən başqa hər şeyi unudun. Daha öncə söylədiyim “təkmi, qoşamı yöntəmi”ndə olduğu kimi. Yönəlin. O işi görməyə, yaxşı etməyə yönəlin. İşin sonucu o qədər önəmli deyil. Bacarmak, ya da bacarmamaq. Başqalarının nə deyəcəyi. Bunları bir kənara buraxın və sadəcə yönəlin ki, “həyatınızın fotosu” tam çıxsın.


Eyni anda neçə işə birdən yönələ bilərsiniz? Konsantrasiyanın önəmi

Buna Oxşar Xəbərlərdən:

WEB Dizayn Studiya

İnternet proyektlərin qurulması üzrə ixtisaslaşmış WEB Dizayn Studiyası: Web-Dizayn, SMM, SEO, SEM, Elektron Ticarət və Internet Marketing həlləri

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir