Bəxtiyar Sadıqov: İngiliscə danışa bilmir, ancaq obyektinə ingilis sözü qoyur

Hərdən elə bir küçəyə gedib çıxırsan ki, heç bilmirsən bura Azərbaycandır, ya yox. Anlamını bilmədikləri adları həmin küçədə yerləşən hansısa obyektlərə qoyurlar. Deyir, yoxsul itinin adını gümüş qoyan kimi, indi bəziləri ingilis dilində bir söz olsun danışa bilmir, ancaq götürüb obyektinə bir ingilis sözü ilə başlayan ad qoyur. Nə oxumaq olur, nə yadda saxlamaq olur, nə də anlamını bilirsən.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

Qeyd edək ki, son illər elə həm ictimai müzakirələrdə, həm parlamentdə gedən fikir mübadilələrində yer, küçə, müəssisə, özəlliklə, şadlıq evləri, restoran və bahalı market və supermarketlərin adlarının Azərbaycan adları ilə uyğun gəlməməsindən, onların adlarının çox zaman öz dilimizdə deyil, başlıca olaraq əcnəbi dillərdə yazılmasından şikayətlər, narazılıqlar səslənir.

Ancaq bununla belə, bu yöndə problemlər qalmaqda, əksinə, gündən-günə daha da artmaqdadır. Bəs görəsən, bu məsələlərin həlli, tənzimlənməsi ilə bağlı qanunvericilikdə daha ciddi sərtləşdirmənin nəzərdə tutulmasının artıq vaxtı, zamanı deyilmi?

Bununla bağlı saytımızda açıqlama verən B.Sadıqov düşünür ki, artıq bu məsələnin zamanıdır, qanunvericilik sərtləşdirilməlidir.

“Özü də bununla bağlı dəfələrlə deyilir, yazılır. Bu sahədə elə deyim ki, ən çox danışan da, yazan da jurnalistlərdir, qəzetçilərdir. Hərdən saytlarda da bu cür məsələlərə yer ayrılır”, – deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda burada prinsipiallıq, qətiyyət də gərəkdir:

“Başqa yandan, axı, “Reklam haqqında” qanun qəbul etmişik. Həmin qanunda da o cür adları qadağan etmişik, yəni, əcnəbi adları, sonra anlamı bilinməyən, aydın olmayan adları. Uyğun qurumlar, reklamlara baxanlar var, nəzarət etməlidirlər.

Niyə gedib tələb etmirlər, niyə dəyişdirmirlər?

İndi biri tutaq ki, icazə verib, bir səhv edib, bunda da marağı olub-olmayıb, onu deyə bilmərik, ancaq əgər artıq bu fakt varsa və qanun sənə icazə verirsə ki, bu iş, bu vəzifə sənin öhdənə qoyulub, get məşğul ol da, niyə olmursan?

Ancaq bunlar elə məsələlərdir ki, burada tək qanunla hər şeyi tənzimləmək mümkün deyil, bir nəfər buna baxsın, etsin, belə olmaz, biz özümüz də imtina etməliyik.

Biz özümüz də elə obyektlərə girəndə hər dəfə deməliyik ki, ay kişi, bu nədir, düzgün ad qoymamısan.

Ancaq o adı qeydiyyata alanlar və ona nəzarət etməli olanlar, bax, ilk növbədə bunlardan tələb etmək gərəkdir. Yəni, tələbkarlıq olsa və o cür adlar artıq pozulsa, yenilərində də  əndrabadi adlar qoymaq istəyi aradan qalxar”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir