Anlaşma Memorandumu imzalandı: Azərbaycan Rəqəmsal Ticarət Qovşağı kimi tanınacaq

Bu gün Bakıda İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi tanınmasına dair anlaşma memorandumu imzalanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Reporta qanaqlanaraq xəbər verir ki, memoranduma İİKTM tərəfdən qurumun icraçı direktoru Vüsal Qasımlı, qarşı tərəfdən isə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imza atıb.

V. Qasımlının sözlərinə görə, bu sənəd Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsinə və tranzaksiyaların artmasına kömək edəcək: “Belə bir qovşağın yaradılması özəlliklə islam ölkələrində elektron imzaların qarşılıqlı tanınması baxımından önəmlidir. Biz artıq bir sıra sahələrdə əməkdaşlıq etmək üçün anlaşma əldə etmişik”.

Əbdüləziz bin Osman əl-Tuveycri isə deyib ki, Azərbaycan sülh ölkəsidir və onun paytaxtında olmaqdan məmnundur: “Başqa ölkələrdə insanlar qorxu içində yaşayır. Onlar hər zaman başlarına bomba düşəcəyindən qorxurlar. Ancaq Azərbaycana gələndə onlar barış və qayğıkeşlik görürlər. Biz Bakıda konfransa qoşulduq. Ölkə başçısı və birinci xanıma çox sağ olun deyirəm ki, belə uğurlu toplantı təşkil etmişdilər. Mən düşünürəm ki, “Asan İmza” Azərbaycanın brendidir. Bu brendi dünyaya yaymaq gərəkdir”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir