Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Bakı, Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.

Reportun xəbərinə görə, bu barədə ANAMA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında mayın 4-də Bakı şəhəri, Nərimanov rayonu, İslam Abuşov küçəsi, 16R ünvanında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikları ilə birlikdə keçirilən əməliyyat tətbirləri nəticəsində 102 ədəd (8 ədəd 100 mm-lik top mərmisi, 8 ədəd 62 mm-lik minaatan mərmi, 9 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 30 mm-lik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd BM-6 tank mərmisi) müxtəlif çaplı mərmilər aşkar olunaraq götürülüb.

Məlumatda həmçinin qeyd olunub ki, Agentlik tərəfindən 9 ev, 1 kənd orta məktəbi, 4 əkin sahəsi, 17 partlayış yeri yoxlanılıb, 109 ədəd (8 ədəd 100 mm-lik top mərmisi, 8 ədəd 62 mm-lik minaatan mərmi, 10 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 76 mm-lik top mərmisi, 2 ədəd 120 mm-lik minaatan mərmi, 1 ədəd 30 mm-lik top mərmisi, 4 ədəd SPQ-9 raketi, 64 ədəd BM-6 tank mərmisi, 4 ədəd 125 mm-lik tank mərmisi, 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış hərbi sursat və 3 ədəd mina (2 ədəd piyada əleyhinə POMZ-2 və 1 ədəd piyada əleyhinə mina PMN) aşkar edilərək götürülüb, 19 430 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 6 600 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi – 1 ev və həyətyanı sahə və 1 kənd orta məktəbinin həyətyanı sahəsində 2 partlayış yerinə baxış keçirilib, 5 400 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.

Qaynaq kəndi – 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb və 1 000 kv. m ərazi təmizlənib. (DİN-nin “102” Xidməti-Zəng mərkəzinin məlumatı)

Tərtər şəhəri – Nizami küçəsində ev 49A, mənzil 44 ünvanında yerləşən binanın zirzəmisində 2 ədəd piyada əleyhinə POMZ-2 minaları aşkar edilərək götürülüb, 1 000 kv. ərazi yoxlanılıb.

Cəmi: 6 ev və həyətyanı sahə, 1 kənd orta məktəbinin həyətyanı sahəsi, 6 partlayış yeri aşkar edilib. 1 ədəd 122 mm-lik partlamamış top mərmisi və 2 ədəd piyada əleyhinə POMZ-2 minaları aşkar edilərək götürülüb və 14 000 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Alıxanlı kəndi – 4 əkin sahədə 8 partlayış yerinə baxış keçirilib, 4 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 120 mm-lik minaatan mərmisi aşkar edilərək götürülüb və 430 kv. m ərazi təmizlənib.

Cəmi: 4 əkin sahəsi, 8 partlayış yeri aşkar edilib. 4 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 120 mm-lik minaatan mərmisi aşkar edilərək götürülüb və 430 kv. m ərazi təmizlənib.

Ağdam rayonu

Əfətli kəndi – 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 4 000 kv. m ərazi təmizlənib və Qarqar çayl ilə axıb gəlmiş 1 ədəd piyada əleyhinə mina PMN-E mina aşkar edilərək götürülüb.

Çəmənli kəndi – 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülüb, 1 000 kv. m ərazi təmizlənib.

Cəmi: 3 ev və həyətyanı sahə, 3 partlayış yeri aşkar edilib, 5 000 kv. m ərazi təmizlənib, 1 ədəd piyada əleyhinə mina PMN-E mina və 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 4 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 419 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 413 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın