Zelenski vurğulayıb ki, yeni zərbələrin və tələfatların qaçılmaz olduğunu bilərək, Şimali Atlantika Alyansı (NATO) şüurlu şəkildə Ukraynanın səmasını bağlamamaq qərarına gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, uyğun bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

“Bu gün (dünən – Red.) NATO sammiti baş tutdu. Zəif sammit, qarışıq sammit. Heç də hamının Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd hesab etmədiyini göstərən sammit. NATO ölkələrinin bütün kəşfiyyat qurumları düşmənin planlarını yaxşı bilirlər. Onlar da təsdiqlədilər ki, Rusiya hücumu davam etdirmək istəyir. Doqquz gündür ki, biz ağır müharibə görürük. Şəhərlərimizi viran qoyur, insanlarımızı, uşaqlarımızı, yaşayış məntəqələrini, kilsələri, məktəbləri atəşə tutur, normal şəraiti təmin edən hər şeyi məhv edirlər”, – Zelenski qeyd edib.

NATO yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu bilərək Ukrayna səmasını bağlamamaq barədə şüurlu qərar verdi. Biz inanırıq – NATO ölkələri özləri belə bir rəvayət yaradıblar ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq.

Bu, bizdən qat-qat güclü silahlara sahib olsalar da, zəif, daxilən etibarsız olanların özünü hipnoz etməsidir. İnsanları, insanlığı düşünməli idiniz. Həmin görüşdə nə haqda fikirləşdiniz? Bu gündən həlak olan bütün insanlar da sizin ucbatınızdan, sizin zəifliyinizdən, parçalanmışlığınızdan öləcəklər”, – Ukrayna Prezidenti deyib.

Onun sözlərinə görə, bu gün Alyansın bacardığı yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir.

“Görünür, Budapeşt Memorandumunu yandıra bilərsiniz. Daha yaxşı yansın. Ancaq bizim üçün o, artıq Rusiya qoşunlarının atəşində yandı. Bu, bizim istədiyimiz NATO idi? Sizin qurduğunuz Alyans budurmu?

Siz səmanı bağlaya bilərdiniz. Ancaq…Bilmirəm, siz kimi qoruya bilərsiniz və öz ölkələrinizi – Alyans ölkələrini qoruya bilərsinizmi? Siz ümumi Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən bir litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”, – dövlət başçısı vurğulayıb.

Zelenski bununla yanaşı, Ukraynanın NATO-dakı dostlarına da minnətdarlığını bildirib.

“Orada çoxlu dostlarımız, tərəfdaşlarımız var, çoxu güclü tərəfdaşlardır. Dövlətimizə nə olursa-olsun, kömək edənlər. İşğalın ilk günündən. Və əminəm – qələbəyə qədər.  Biz mübarizəmizi davam etdiririk. Biz ölkəmizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik. Qəhrəmanlarımız sağ olsun”, – Zelenski vurğulayıb.

Zelenski: Kiyevdəyəm, indi qaçmağa vaxt yoxdur

Bundan başqa Ukrayna Prezidenti Vladimir Zelenski öz Instagram səhifəsindən Kiyevi tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib: “İki gündən bir məlumat gəlir ki, guya mən Ukraynadan, Kiyevdən harasa qaçmışam. Ancaq görürsünüz, mən buradayam, heç kim heç yerə qaçmayıb…

Beləliklə, işləyirik. Qaçmağı sevirik, ancaq indi kardioməşqlər üçün vaxt yoxdur. Çünki işləyirik! Yaşasın Ukrayna!”, – dövlət başçısı videoda vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın