Ukraynanın paytaxtı Kiyev şəhərində Volodimir Zelenski ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell arasında görüş keçirilib.

YALAN.info bildirir ki, Ukraynanın Baş naziri Denis Şmıxal məlumat verib. D.Şmıxal əlavə edib ki, Ukrayna Avropalı tərəfdaşları ilə birlikdə Rusiyanın təcavüzünü tez bir zamanda dayandırmağa çalışır.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və bildirib ki, onun doldurulması Ukraynanın Avropa Birliyinə daxil olmasını yaxınlaşdıra bilər. Məlumata görə, sənəd AK-ya Ukraynanın Avropa Birliyinə daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün AB Şurasına tövsiyə etməyə imkan verəcək.

Sənəd Avropa Birliyinə tövsiyə xarakteri daşıyacaq. AK-nın rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib: “Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”.

LIVE: EU’s Ursula von der Leyen and Ukraine’s Volodymyr Zelenskiy hold a briefing in Kyiv

Daha sonra Ukraynada səfərdə olan AK-nın prezidenti Ursula fon der Leyen və AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Kiyev vilayətinin Buça şəhərində olublar.

“Biz Buçaya baş çəkdik. Mən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrellə və Slovakiyanın baş naziri Eduard Heqerə Rusiya hərbçilərinin mülki ukraynalılara qarşı törətdiyi vəhşilikləri göstərdim. Biz bütün günahkarların beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsində AB-nin dəstəyinə ümid edirik”, – Ukraynanın Baş naziri öz Telegram kanalında bildirib.

‘The unthinkable has happened’ in Bucha, says Von der Leyen

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın