ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarını bloklamağa başlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı video-hostinq şirkətinin Twitter səhifəsində yerləşdirilən bəyanatında deyilir.

“Biz həmçinin Rusiya dövləti tərəfindən maliyyələşdirilən media ilə əlaqəli YouTube kanallarına bütün dünyada girişi əngəlləyirik. Bu dəyişiklik dərhal qüvvəyə minir. Sistemlərimizin bunu tam şəkildə həyata keçirməsi üçün vaxt lazımdır”, – deyə məlumatda vurğulanıb.

Bildirək ki, Ukraynada davam edən müharibə ilə əlaqədar “YouTube” Rusiyadakı platformasında bütün monetizasiya üsullarını dayandırıb. Bundan başqa, daha öncə bütün Avropada “RT”, “Sputnik”in, ermənipərəst təbliğatçı-aparıcısı Vladimir Solovyovun bütün “YouTube” kanalları bağlanmışdı.

YouTube həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda nifrət, dezinformasiya və uyğunsuz qrafik məzmun kimi müxtəlif pozuntuları olduğu üçün 1000-dən çox kanalı və 15 000-dən çox videonu platformadan pozub.

Öncəki xəbərƏrdoğan Antalya Diplomatik Forumu çərçivəsində Stoltenberqlə görüşdü
Sonrakı xəbərCeyhun Bayramov: Azərbaycan Ermənistandan 5 maddəlik təklifin cavabını gözləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın