Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

YALAN.info bildirir ki, qalıqlar Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlara aiddir.

Qeyd edək ki, insan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar. İndi faktla bağlı araşdırmalara başlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə, özəlliklə Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.

Fərrux kəndində kütləvi məzarlıqlar ola bilər – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın