Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 16 noyabr 2021-ci il tarixində dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.

“Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq. Allah şəhidlərimizə rəhmət eləsin!”, – bəyanatda vurğulanıb.

MƏNBƏAzərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Öncəki xəbərErmənistan Müdafiə Nazirliyi 1 ölü, 13 əsir və 24 hərbçinin itkin düşdüyünü açıqladı
Sonrakı xəbərİsrailli ekspert: Ermənistan özünü terrorçu təşkilat kimi aparır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın