Məşhur müğənni Şakira əsəb böhranı keçirərək xəstəxanaya yerləşdirilib.

YALAN.info bildirir ki, ifaçı “Barselona”nın müdafiəçisi Pike ilə münasibətlərinin kəsilməsi səbəbindən stress yaşayıb.

Bu gün cütlük ayrıldıqları ilə bağlı birgə bəyanatla çıxış ediblər. Mətbuatda dolaşan iddialara görə, ayrılığa səbəb furbolçunun davamlı xəyanətləri olub. Bəyanatdan sonra Şakira təcili yardım maşını ilə Barselonadakı Teknon klinikasına aparılıb.

Məşhur futbolçu Jerar Pikenin tanınmış müğənni Şakiradan ayrılmasına səbəb olan qadının kimliyi bilinib. İddialara görə, ulduz futbolçunun münasibətdə olduğu qadın “Barselona”nın gənc ulduzu Qavinin anasıdır. Qavinin də hadisədən xəbərsiz olduğu bildirilir.

Onu da bildirək ki, Pike və Şakira 2011-ci ildən yaxın münasibətdədirlər, ancaq rəsmi nikahda olmayıblar. Ulduz cütlüyün iki övladı var.

Öncəki xəbərSivva kimi tanınmış Sevinc Ağasiyeva: Biri mənə desin, hardandır bu nifrət?
Sonrakı xəbərƏrdoğanın 2023-cü il prezident seçkilərində namizədliyi açıqlandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın