Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi qərarını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ lideri belə bir addımı Rusiya Federasiyasının “DXR” və “LXR” adlanan qurumları tanımaq qərarından sonra atıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu, ilk sanksiyalar paketidir və Rusiya təcavüzünü davam etdirsə, onlar daha da sərtləşəcək.

Sanksiyalar 23 fevraldan başlayaraq iki ən böyük maliyyə qurumu – VTB Bank və Hərbi Banka, Rusiyanın suveren borcuna, eləcə də qondarma respublikaların tanınmasında iştirak edən şəxslərə və onların ailə üzvlərinə şamil olunub.

“Rusiya növbəti addımı barədə düşünərkən, biz öz addımımızı hazırlayırıq”, – deyə Amerika prezidenti əlavə edib: “Rusiya təcavüzünü, o cümlədən əlavə sanksiyalar nəticəsində daha yüksək qiymət ödəyəcək”.

MƏNBƏTASS
Öncəki xəbərG7 ölkələrinin XİN başçıları “LXR” və “DXR”in tanınmasını pislədilər
Sonrakı xəbərVüqar Həşimov: Allahla görüşəndə soruşacağam ki, niyə mənə belə gözəl həyat verib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın