“Ukrayna Avropa Birliyi üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir və namizəd statusu istəyir”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının toplantısında videomüraciət zamanı bildirib.

Zelenski yada salıb ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel bu yaxınlarda Odessaya səfər edib və orada raket hücumu səbəbindən sığınacağa enmək məcburiyyətində qalıb.

“Əgər bu, hətta bu səviyyədə hiss olunurdusa, bəs niyə Rusiya hələ də terrorçu dövlət, terrorun himayədarı dövlət kimi tanınmayıb? Ukraynanın hardasa, sizin dövlətlərinizin hüdudlarından kənarda, Avropanın bir parçası olaraq qalması faktı Rusiyanın öz qonşularını ələ keçirmək üçün aqressiv iştahı inkişaf etdirməsinə kömək etdi.

Yalnız Avropa Birliyini genişləndirməklə, gücləndirməklə biz Avropanın fevralın 24-də, 2014-cü ildə, hətta 1968, ya da 1956-cı ildə yaşadıqlarının təkrarlanmasının qarşısını ala bilərik.”, – deyə o, bildirib.

“Avropa güc nümayiş etdirməlidir. Çünki Rusiya yalnız gücü arqument kimi qəbul edir. Vaxtıdır. Ayrı-ayrılıqda deyil, fraqmentlər deyil, bir bütöv olmaq vaxtıdır. Bunun nə üçün vacib olduğunu Ukrayna öz nümunəsi ilə göstərdi. Ölkəmizdə fevralın 24-dən – hər kəs maksimum birləşərək bir nəticə üçün çalışır – dövləti qorumaq. Və bunun sayəsində dünyanın gözləmədiyi uğur qazanıldı: Ukrayna Rusiya ordusunu dayandırdı, ancaq hamı ondan qorxurdu”, – deyə Volodimir Zelenski Avropa Şurasının toplantısında çıxış edib.

Європа має продемонструвати силу. Звернення Зеленського до Європейської Ради
KİMUkrayna Respublikasının Prezidenti Volodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərÖmər Çelik: Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyəcək
Sonrakı xəbər“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının yaddaqalan anları
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın