ABŞ Prezidenti Co Baydenlə danışıqlar üçün istifadə olunan videoəlaqə formatı Rusiya Prezidenti Vladimir Putinin xoşuna gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, prezidentlər Rusiya və ABŞ təmsilçilərinin əlaqələri baş tutduqdan sonra yenidən ünsiyyət qurmağın önəmli olduğunu bildiriblər. “İndi bunun nə zaman baş tutacağını söyləmək mümkün deyil”, – deyə D.Peskov bildirib.

Yada salaq ki, dünən Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlar baş tutub. Liderlərin söhbəti zamanı Ukrayna ətrafındakı durum və NATO-nun şərqə doğru genişlənməsi, strateji sabitlik məsələləri və ikitərəfli gündəlik müzakirə olunub. Həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı duruma da toxunulub.

Bundan qabaq iki dövlətin başçıları üç dəfə telefonla danışıb, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.

Состоялись первые после встречи в Женеве переговоры Владимира Путина и Джо Байдена.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın