Mərkəzi Afrika dövləti olan Burundinin paytaxtı Qiteqa şəhərində həbsxanada baş verən yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfərsə ağır yaralanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, azı min məhbusun saxlandığı həbsxanadakı yanğının səbəbləri açıqlanmayıb.

Yerli mətbuatın məlumatına görə, Qızıl Xaç Komitəsinin əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də, onlar qısa müddət sonra binanı tərk ediblər.

Həbsxanaya gedən yollar polis və hərbçilər tərəfindən bağlanıb.

At least 38 inmates dead in Burundi’s prison fire

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın