Yeni koronavirus (COVID-19) infeksiyasının Omikron ştamı Delta variantından daha sürətli yayılır, ancaq onun yaratdığı xəstəliyi daşımaq daha asandır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi bülletendə deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dekabrın 9-na kimi dünyanın 63 ölkəsində omikron ştamına yoluxma halları aşkar edilib. Onun yayılma üsrəti delta variantının yayılmasından daha tezdir və bu nümunə həm deltanın nisbətən nadir olduğu Cənubi Afrikada, həm də deltanın koronavirusun dominant variantı olduğu Böyük Britaniyada müşahidə olunur.

Cənubi Afrikadan gələn ilkin dəlillər göstərir ki, omikron ştamı ilə yoluxmanın ağır xəstəliyə səbəb olma ehtimalı azdır. Birləşmiş Ştatlarda və Qərbi Avropada məlum olan bütün infeksiya halları yüngül, ya da asemptomatik olub və heç bir ölüm halı olmayıb. ÜST qeyd edir ki, toplanmış məlumat omikron ştamının təhlükələri haqqında yekun nəticə çıxarmaq üçün yetərli deyil.

Çox güman ki, indiki peyvəndlər omikron ştamının infeksiyasının və yayılmasının qarşısını almaqda daha az effektivdir. Eyni zamanda, yeni koronavirus infeksiyasının aşkarlanması üçün PCR testlərinin və antigen testlərinin effektivliyi dəyişməyib. Başqa variantlarla mübarizə aparmaq üçün hazırlanmış COVID-19 müalicələrinin effektivliyi ümumiyyətlə eyni qalır.

Bundan öncə bildirilmişdi ki, Honq-Konq Universiteti və Çin Honq-Konq Universitetinin alimləri tərəfindən əldə edilən ilkin məlumatlar, omikron ştamı ilə yoluxma halında Pfizer vaksininin effektivliyinin 32 dəfə aşağı düşdüyünü göstərib. “Sputnik V”-nin omikron ştamına qarşı effektivliyinin sınaqdan keçirilməsinin nəticələri on gün ərzində ortaya çıxacaq, – Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin rəhbəri Aleksandr Gintsburq bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın