Ukrayna Prezidenti Volodimir Zelenski Axtırka, Buça, İrpen və Nikolayevə “qəhrəman şəhər” titulunu verib.

YALAN.info bildirir ki, bununla bağlı dövlət başçısı öz sosial şəbəkələrindən ukraynalılara və dünya xalqlarına video-müraciətində elan edib.

“Bir neçə mühüm fərman imzaladım: Milli Qvardiyanın yeddi hərbçisinə (onlardan, təəssüf ki, beşinə ölümündən sonra) “Ukrayna Qəhrəmanı” adının verilməsi, Milli Qvardiyanın 240 və Silahlı Qüvvələrin 119 hərbi qulluqçusunun, 14 yerli icma rəhbərlərinin, 31 tibb işçisinin dövlət mükafatları ilə təltif edilməsi və daha dörd şəhərə: Buça, İrpen, Axtırka, Nikolayevə “Ukraynanın Qəhrəman şəhəri” fəxri adının verilməsi haqqında”, – deyə o bildirib.

Zelenskinin sözlərinə görə, müharibə günlərində ukraynalı müdafiəçilər düşməni bütün istiqamətlərdə dəf ediblər.

Yada salaq ki, 2 həftə öncə Prezident Volodimir Zelenski Ukraynanın beş şəhərinə – Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa, Xersona Qəhrəman fəxri adlarını vermişdi.

Звернення Володимира Зеленського до українців і народів світу
KİMVolodimir Zelenski
MƏNBƏYouTube
Öncəki xəbərVətən Müharibəsində iştirak etmiş hərbçilər təltif olunublar
Sonrakı xəbərAzərbaycan siyasi-diplomatik yolla qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasına nail olur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın