Rusiya qoşunlarının diversant qrupları Ukrayna Silahlı Qüvvələrinin formasında, ya da mülki geyimdə Ukrayna şəhərlərinə girirlər. Bununla bağlı sosial şəbəkələrdə foto və video sübutlar paylaşılır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukraynanın Xarkov şəhərində Rusiya tərəfinə casusluq edən erməni yaxalanıb.

Ələ keçən erməni casusun üzərindən Ermənistana aid hərbi bilet çıxıb. Erməni casusun Rusiya tərəfi üçün hədəflərin dəqiqliklə vurulması zamanı istifadə olunan xüsusi avadanlıqların şəhərin müxtəlif ərazilərindəki strateji obyektlərə yerləşdirilməsində iştirakı da istisna edilmir.

Xarkovda da bir qrup diversant ələ keçib.

Nikopolda Ukrayna forması geyinmiş diversantlar saxlanılıb. Bundan başqa Kiyevin Obolon qəsəbəsində mülki geyimli diversantlar saxlanılıb.

Kiyevdə daha bir diversant saxlanılıb.

Diversantlar Ukrayna kəşfiyyatçılarının sənədlərindən də istifadə edirlər.

MƏNBƏOxu.az
Öncəki xəbərFransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını ifşa etdi
Sonrakı xəbər30 illik kədərin şahidi: Xocalı Qarabağın sütunu idi, sütunun qırdılar 
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın