Müharibə səbəbilə Luqansk vilayətinin Popasnaya şəhərindən qaçmaq məcburiyyətində qalan Alina Korenyuk qənimətləri daşıyan Rusiya tankının üzərində evdə qoyub getdiyi əşyalarını görüb.

YALAN.info bildirir ki, ailəsi ilə birlikdə İngiltərəyə qaçmalı olan qadın “BBC News”la əlaqə saxlayıb.

Fotoqraf Aleksandr Yermoçenko tərəfindən mayın 26-da Popasnayada çəkilmiş foto bir çox KİV, o cümlədən Britaniya mətbuatı tərəfindən yayımlanıb. Korenyukun sözlərinə görə, foto onun evindən cəmi beş dəqiqəlik piyada məsafədə yerləşən küçədə çəkilib. Həmin fotonu mətbuatda ilk görən əri olub.

Ukraynalı qaçqının dediyinə görə, fotoda tankın üzrində onun müharibədən əvvəl aldığı yeni su qızdırıcısı, həmçinin süfrə, uşaqları üçün üzərində Disney personajları olan yeni yataq dəsti və qırmızı adyalı görmək mümkündür. Korenyuk ehtimal edir ki, evində qalan televizor və başqa məişət texnikası da fotodakı adyalın altında gizlədilib.

Qadın bildirib ki, gördükləri onun ailəsini təəccübləndirməyib. Onlar Rusiya hərbçilərinin məhv etmədikləri hər şeyi oğurlayacaqlarını öncədən güman ediblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın