Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 mindən çox hərbçisi məhv edilib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, fevralın 24-dən indiyədək Rusiya Ordusu 40 070 hərbçisini itirib. Bundan başqa, Rusiyanın 1 738 ədəd tankı, 3 971 ədəd zirehli döyüş maşını, 883 ədəd artilleriya sistemi, 258 ədəd reaktiv yaylım atəş sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarəsi, 190 ədəd helikopteri, 174 qanadlı raketi, 2 847 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 726 ədəd dronu və 75 ədəd xüsusi texnikası məhv edilib.

Bildirilir ki, işğalçı ordu ən böyük itkiləri Krıvoy Roq istiqamətində verib. Belə ki, ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri 200 hərbçi, 1 ədəd tank, 12 ədəd zirehli döyüş maşın, 3 ədəd artilleriya sistemi, 1 ədəd helikopteri, 12 ədəd nəqliyyat vasitəsi və avtoçən və 4 ədəd dronunu itirib.

Arestoviç: “Ukraynada Rusiya Ordusunun yarısı məhv edilib”

Onu da bildirək ki, dünən Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Ordusunun yarısının məhv edildiyini bildirib: “Rusiya Federasiyasının tammiqyaslı hücumundan bu yana Ukrayna Silahlı Qüvvələri düşmənin beş ümumqoşun ordusunu məhv ediblər”.

Onun sözlərinə görə, ukraynalı hərbçilər 1730 düşmən tankını və 3950 zirehli maşını məhv ediblər. Bu isə təxminən uyğun olaraq 54 və 124 batalyon komplektinə bərabərdir.

“Belə çıxır ki, biz Ukraynada 35 motoatıcı və 10 tank alayını məhv etmişik. Bu 10 motoatıcı diviziya və ya beş ümumqoşun ordusuna daxildir. Rusiya Federasiyasında mövcud olan 10 ümumqoşun ordusundan beşini burada dəfn etmişik”, – deyə A.Arestoviç bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın