Kiyevə aparan yollar güvənli şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta girə bilməyəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Xidmətinin Facebook-dakı məlumatında deyilir.

O cümlədən qeyd edilib ki, Kiyevin müdafiə komandanı – Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski paytaxtın şimal-qərb hissəsində – Moşun yaşayış məntəqəsində müdafiəni yoxlayıb.

“12 gündən artıqdır ki, düşmənin bu istiqamətdə ukraynalı müdafiəçilərin müdafiəsini yarmaq üçün çalışmaları uğursuzluğa düçar olur. Burada Rusiyanın işğalçı qoşunları ilə şiddətli döyüşlər gecə-gündüz davam edir. İşğalçı texnika və canlı qüvvədə çox sayda itki verir”, – məlumatda deyilir.

Ukrayna hərbçiləri ilə söhbətdən sonra Sırski qeyd edib ki, ukraynalı müdafiəçilər vətənlərini qorumağa hazırdırlar. “Paytaxta aparan yollar isə güvənli şəkildə “qıfıllanıb”, Rusiya qoşunları paytaxta girə bilməyəcək”, – məlumatda vurğulanıb.

Bundan başqa, ukraynalı müdafiəçilərin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. “Biz hər fürsətdə düşməni məhv edəcəyik”, – Sırski bildirib.

KİMUkrayna Silahlı Qüvvələri
MƏNBƏFacebook
Öncəki xəbərFransa XİN Ukraynaya 300 milyon avro maliyyə yardımı ayırır
Sonrakı xəbərAraz Ağalarov: Mənim 120 milyard borcum var
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın