“Rusiya ilə danışıqlar dayandırılıb”.

YALAN.info bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Çünki İstanbul danışıqlarından sonra ciddi irəliləyiş yoxdur. Rusiyanın mövqeyi dəyişməyib. Ancaq müharibə danışıqlar masası arxasında bitəcək. Mənə elə gəlir ki, bu prosesə cənab Volodimir Zelenski moderatorluq edəcək”, – o söyləyib.

Yada salaq ki, bu gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın danışıqlar prosesindən çıxdığını bildirib. Onun sözlərinə görə, bu gün danışıqlar heç bir formada aparılmır.

Öncəki xəbərDünyanın ən bahalı fotosu Man Reyin “Enqrin skripkası” əsəri oldu
Sonrakı xəbərKanada Rusiya Prezidenti və minə yaxın rusiyalıya qadağa qoyub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın