Rusiya Federasiyasının Silahlı Qüvvələri Donetsk vilayətinin Olenivka kəndində yerləşən və ukraynalı məhbusların da saxlandıqları islah müəssisəsini məqsədli şəkildə artilleriya atəşinə tutub.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi Baş Qərargahın rəsmi Facebook səhifəsində məlumat yayıb.

“Bununla da işğalçı Rusiya ordusu Ukraynanı “müharibə cinayətləri” törətməkdə günahlandırmaq, həmçinin orada saxlanılan ukraynalı əsir məhbuslara verilən işgəncələri və edamları gizlətmək istəyir”, – Ukrayna Baş Qərargahının açıqlamasında deyilir.

Öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Raket Qoşunları və Artilleriya Komandanlığının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Yelenovka bölgəsinə raket və artilleriya zərbələri endirməyib.

“Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyası tərəfdaş ölkələrdən alınan yüksəkdəqiqlikli silahlar sayəsində yalnız Rusiya hərbi obyektlərinə müstəsna dəqiqliklə zərbələr endirir”, – Ukrayna tərəfinin məlumatında vurğulanır.

Yada salaq ki, Olenivka qəsəbəsindəki həbsxananın bu gün atəşə tutulması nəticəsində azı 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Rusiya tərəfi bu hadisədə Ukraynanı günahlandırır, həmçinin ölənlər arasında “Azov” alayından olan hərbçilərin də olduğunu gizlətmir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın