Ukrayna və Rusiya arasında əsirlərin 5-ci mübadiləsi həyata keçirilib.

YALAN.info bildirir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal altında olan ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşşuk sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Ukraynanın 76 vətəndaşı əsirlikdən azad olunub. Onlardan 60-ı hərbçi, 16-sı isə mülki şəxslərdir: “Bu gün biz 10-u zabit olmaqla əsirlikdə olan 60 hərbçimizin mübadiləsini keçirdik. 16 dinc sakin də evlərinə qayıdıb”.

Onu da bildirək ki, aprelin 14-də 4-cü əsir mübadiləsi həyata keçirilmişdi. O zaman Ukraynanın 22 hərbçisi və 8 mülki vətəndaşı əsirlikdən azad edilmişdi.

Öncəki xəbərABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun taleyinə “yağlı nöqtə” qoydu
Sonrakı xəbərVahid Əhmədov hansı sənədsiz evlərin söküləcəyindən danışdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın