Ukrayna ilə müharibənin hər günü Rusiya Federasiyasına 900 milyon dollara başa gəlir.

YALAN.info bildirir ki, bununla bağlı “Newsweek” jurnalına SOFREP hərbi nəşrinin baş redaktoru Şon Spunks məlumat verib.

Bildirilib ki, xərclər Rusiya əsgərlərinə ödənişlər, döyüş sursatı, güllə və raket istehsalı, itirilmiş və ya zədələnmiş texnikanın təmiri xərclərindən ibarətdir. Rusiya həmçinin müharibə zamanı atılan və hər biri təxminən 1,5 milyon dollar dəyərində olan minlərlə öldürücü silah və qanadlı raketlərin pulunu ödəməlidir.

Daha bir araşdırmada da göstərilib ki, müharibədən birbaşa itkilər Rusiyaya təxminən 7 milyard dollara başa gəlib. O da vurğulanıb ki, sərt sanksiyaların Rusiya iqtisadiyyatına təsiri çox güman ki, yaxın on il ərzində hiss olunacaq.

Mütəxəssislər bildirirlər ki, Rusiya rublunun ucuzlaşması səbəbindən ölkə 30 il geriyə düşə və yaxın 5 il ərzində Rusiyada həyat səviyyəsi aşağı düşə bilər.

Öncəki xəbərMariupol şəhərində çoxu mülki şəxslər olmaqla, 25 min insan həlak olub
Sonrakı xəbərDmitri Roqozin Ukraynaya yardım etdiyi üçün İlon Maskı hədələdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın