Amerika Kino Sənəti və Elmləri Akademiyası aktyor Uill Smiti “Oskar” mükafatlandırma mərasimi də daxil olmaqla, 10 il boyunca özünün keçirdiyi heç bir tədbirdə iştirakına icazə verməyəcək.

YALAN.info bildirir ki, bu bəyanatla Amerika Kino Sənəti və Elmlər Akademiyasının prezidenti Devid Rubin və qurumun baş direktoru Don Huds çıxış edib.

Hesabatda deyilir ki, 94-cü Akademiya Mükafatları mərasimi çoxsaylı insanların bayramı olmalı idi. “Ancaq bu anlar cənab Smitin səhnədə sərgilədiyi yersiz və zərərli davranışla pozuldu”, – bəyanatın mətnində vurğulanır.

Yada salaq ki, sonuncu “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok həmkarı Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib. Buna qarşılıq verən Uill Smit səhnəyə çıxaraq Rokun üzünə şillə vurub.

Will Smith banned from Oscars for 10 years after slap
Öncəki xəbərUkrayna XİN: Dünya ölkələri artıq 443 rusiyalı diplomatı persona non-qrata elan edib
Sonrakı xəbərZelenski Kiyevdə Ursula fon der Leyen və Josep Borrellə görüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın