“Litva xalqı Ukrayna üçün “Bayraktar TB2”-nin alınmasına şərəflə vəsait toplayıb”.

YALAN.info bildirir ki, bunu Səlçuk Bayraktarın texniki direktoru olduğu “Baykar” şirkəti açıqlayıb.

Çərşənbə günü Litva və Türkiyə nümayəndələri Ankarada Litvaya “Bayraktar” döyüş PUA-ları almağa icazə verən müqavilə imzalayıblar. Ölkə bu cür pilotsuz uçan aparatı və ba.qa avadanlıqları “Laisves TV”nin təşəbbüsü çərçivəsində sakinlərin topladığı pulla alacaq. Bu təşəbbüs alınan PUA-ların Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya verilməsini nəzərdə tutur.

Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilyus Semeşka və Türkiyə Müdafiə Sənayesi Agentliyinin rəhbəri imzalayıblar. “Biz müqavilə imzaladıq. Bu, siyasi səviyyədə gələcək satınalmalar üçün yaşıl işıq deməkdir”, – deyə Semeşka bildirib.

 Litvada üç gün ərzində Ukrayna üçün “Bayraktar TB2” pilotsuz təyyarəsinin alınması üçün beş milyon avro toplanılıb. “Bunu bilən “Baykar” şirkəti Litvaya “Bayraktar TB2” hədiyyə edəcək və toplanan məbləğin humanitar yardım üçün Ukraynaya göndərilməsini istəyəcək”, – şirkətin Twitter səhifəsində qeyd olunub.

Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas isə Türkiyənin bu jestinə görə təşəkkürünü bildirib: “Bu inanılmazdır. Az öncə Türkiyə Litva xalqının almaq üçün pul yığdığı “Bayraktar”ı təmənnasız şəkildə verməyə razılaşıb. Bu, möhtəşəmdir! Toplanan pula “Bayraktar” üçün lazım olan sursat alacağıq, qalan pul da Ukraynaya dəstəyə gedəcək. Təşəkkürlər, Türkiyə!”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın