Türkiyə Ordusunun 3 hərbçisinin şəhid olduğu Şanlıurfanın Akçakale bölgəsində 44 terrorçu zərərsizləşdirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib.

Nazirin sözlərinə görə, Akçakaledəki terror hücumundan sonra bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 44 silahlı məhv edilib: “Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.

Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.

Millî Savunma Bakanı Hulusi Akar: “Cezalandırma Operasyonlarında 44 Terörist Etkisiz Hâle Getirildi”
MƏNBƏTürkiyə Milli Müdafiə Nazirliyi
Öncəki xəbərSabahdan Azərbaycanda hava soyuyur: Qar yağacaq, yollar buz bağlayacaq
Sonrakı xəbərNATO Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın