“Ukraynadakı müharibəni bir günə həll edə biləcəyimə zəmanət verirəm”.

YALAN.info bildirir ki, bu sözləri ABŞ-nin 45-ci prezidenti Donald Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Tramp bildirib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəni bir günə başa çatdırıla bilər. O iddia edib ki, bunun üçün ona yalnız iki telefon zəngi lazımdır. Siyasətçinin sözlərinə görə, o yenidən ABŞ Prezidenti seçilərsə, dərhal Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcək.

Tramp onlarla görüş təşkil edə biləcəyinə əmindir. “Qələbəmin təsdiqləndiyi gecə mən Putin və Zelenskiyə zəng edəcəyəm. Onlara görüşməli olmağımız barədə söyləyəcəyəm. Bu problemi həll edə biləcəyimə zəmanət verirəm”, – deyə o qeyd edib.

Yada salaq ki, ABŞ-də prezident seçkilərinin 2024-cü ilin noyabrında keçirilməsi nəzərdə tutulub. Tramp prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb.

Öncəki xəbərBaydenin Ukraynaya gözlənilməz səfəri başa çatdı
Sonrakı xəbərBayden: Sülh istəyən rusiyalılar bizim düşmənimiz deyil
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın