26-29 may 2022 tarixlərində Bakıda “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalı baş tutub. “Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya yarışmaları, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku keçirilib.

Bildirək ki, “Teknofest” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə – Azərbaycanda təşkil olunub.

Öncəki xəbərVolodimir Zelenski: Ukrayna AB üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir
Sonrakı xəbərBraziliyada təbii fəlakət nəticəsində ölənlərin sayı 100-ə çatıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın