“Komanda hesabında Avropa Çempionu olmağımız münasibətilə Azərbaycan xalqını və bütün güləşsevərləri təbrik edirəm”.

YALAN.info bildirir ki, bunu Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yunan-roma güləşi üzrə Avropa Çempionatını (AÇ) gümüş medalla başa vurmuş Taleh Məmmədov deyib.

O, finalda gürcüstanlı Leri Abuladzeyə 1:3 hesabı ilə uduzaraq ardıcıl ikinci dəfə Avropa Çempionatında gümüş medalla kifayətlənib. Artıq üçqat Avropa mükafatçısı olan 32 yaşlı Taleh bu barədə danışıb:

“Daha öncə AÇ-də gümüş və bürünc medal qazanmışdım. Bu dəfə məqsədim qızıl medal idi. Ancaq qismət olmadı. Bir qədər zədələrim buna imkan vermədi. Qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına, Dünya Çempionatına və Bakıda keçiriləcək Dünya Kubokuna daha da yaxşı hazırlaşıb, qızıl medal qazanmaq istəyirəm”.

Daha sonra Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gəldiyi və insidentlə yadda qalan görüşdən danışıb: “Erməni güləşçi idmançıya yaraşmayan hərəkətlər edirdi. Ancaq onun bu davranışları mənə heç bir təsir göstərmədi. Ötən il Avropa Çempionatında da Hraçya Poqosyana qalib gəlmişdim”. Yada salaq ki, keçən il Taleh 2:2 hesabı ilə yarımfinala vəsiqə qazanmışdı.

“Yəqin ki, ardıcıl ikinci məğlubiyyətini həzm edə bilmədi. Bəlkə də fikirləşirdi ki, mən də ona qarşı artıq hərəkət edərəm, ikimizi də yarışdan uzaqlaşdırarlar. Səbir etdim və qələbəmlə onun cavabını vermiş oldum”, – güləşçimiz bildirib.

1/2 GR – 63 kg: H. POGHOSYAN (ARM) v. T. MAMMADOV (AZE)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın