Azərbaycan ordusu 30 il işğal altında qalmış torpaqlarımızı azad edəndən sonra həmin ərazilərin geniş təhlili aparılıb və ölkəmizin Qarabağda 3 böyük faciə ilə üz-üzə qaldığını müəyyən edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Respublikası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Bunlar şəhər və kəndlərimizin məhv edilməsi, mədəniyyət abidələrinin məhv edilməsi və ekosid – təbiətin və ekologiyanın məhv edilməsidir. Bunların hər üçü indi dünyanın ən böyük fəlakətləri sayılır. 2021-ci ildə Azərbaycan dövləti bu fa­ciələrin aradan qaldırılması üçün geniş­miqyaslı layihələrin həyata keçirilməsinə başladı və qısa müddət ərzində xeyli işlərin görülməsinə nail olundu.

Ərazilərin minalardan təmizlən­məsi, bərpa və yenidənqurma prosesi­nin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün lazımi şəraitin yaradılması istiqamətində miqyaslı işlər davam etməkdədir.

Qısa müddət ərzində Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli Beynəlxalq Hava Lima­nının, yol infrastrukturunun işə düşmə­si qurucu niyyətimizin, iradəmizin və gücümüzün yenidən bütün dünyaya nümayişi oldu. Cari ildə əksər ölkələr tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar geniş vaksinasiya tədbirlərinin həya­ta keçirilməsi, karantin rejiminin çevik şəkildə idarə olunması, fiskal dəstək paketlərinin davam etdirilməsi, dünya bazarlarında tələbin bir qədər genişlən­məsi ilə əmtəə qiymətlərinin artması dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçməsinə imkan yaradıb”, – deyə o, qeyd edib.

T.Mirkişilinin sözlərinə görə, 2020-ci ildə 3 %-­dən çox azalan qlobal ÜDM-in 2021-ci ilin sonunda 5,9 % artacağı proqnozlaşdırılır: “Bununla belə, yeni infeksiya dalğalarının mövcudluğu, vaksinlərin əldə olunma­sına qeyri-bərabər çıxış, qlobal təhcizat zəncirində qırılma və gecikmələr, yüksələn borc və infl­­yasiya göstəriciləri iqtisadi inkişafın qarşısında əsas təhlü­kələr kimi qalmaqdadır.

Dünyanın aparıcı maliyyə təşkilat­larının proqnozlarına görə, müxtəlif ölkələr üzrə bərpa prosesinin sürəti peyvəndləmə səviyyəsindən, səhiyyə sisteminin durumundan, iqtisadiyyatın strukturundan, diversifikasiya səviy­yəsindən, fiskal dəstək tədbirlərinin səmərəlilik dərəcəsindən asılı olacaq. Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən birgə təsdiq olunan plana uyğun olaraq pandemiya ilə efektiv mübarizə­nin davam etdirilməsi üçün hər bir ölkə üzrə əhalinin 2021-ci ilin sonunadək mi­nimum 40 %-i tam vaksinasiya olunma­lıdır. (Azərbaycan üzrə bu göstərici artıq 44%-dən çoxdur).

Təhlillərə görə, pandemiya döv­ründə dünya ölkələrində səhiyyə və təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, investisiyaların rə­qəmsal texnologiyalar və yaşıl iqtisadiy­yata yönəldilməsi, inklüziv cəmiyyətin və iqtisadiyyatın təkmilləşdirilməsi önəmli roy oynayacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın