“Finlandiya və İsveç ən qısa zamanda Şimali Atlantika Alyansına (NATO) qoşulmaq üçün Türkiyənin bəzi anti-terror narahatlıqlarını aradan qaldırmağa hazırdır, ancaq hələlik bunun vaxtı bilinmir”.

YALAN.info bildirir ki, bununla bağlı NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə quruma üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

“NATO-nun önəmli müttəfiqi olan Türkiyə terrorla mübarizə ilə bağlı narahatlığını ifadə edib. Bunlar qanuni narahatlıqlardır, bunları müzakirə etməliyik. İsveç və Finlandiyadan bu narahatlıqları aradan qaldırmaq üçün tədbirlər görməyə hazır olduqlarına dair aldığım siqnalları alqışlayıram”, – deyə o bildirib.

Yada salaq ki, mayın 18-də Finlandiya və İsveçin NATO-dakı səfirləri Stoltenberqə ölkələrinin Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizələrini veriblər. Həmin gün edilən müraciətlərin NATO Şurası tərəfindən təsdiqlənəcəyi və Madriddə keçiriləcək sammitdə bu ölkələrin alyansa rəsmi dəvət alacağı güman edilirdi.

Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün bildirib ki, respublika bu ölkələrin terror təşkilatlarına münasibətini müəyyən etməyincə, onların NATO-ya qəbulunu dəstəkləməyəcək. Türkiyə rəhbərliyi bu mövqeyini dəfələrlə, o cümlədən həmkarları və beynəlxalq qurumların nümayəndələri ilə danışıqlar zamanı səsləndirib. Söhbət Ankaranın Helsinki və Stokholmun PKK terrorçuları ilə əlaqələrinin kəsilməsi, habelə Finlandiya və İsveçdən sığınacaq almış bir sıra terrorçuların respublikaya ekstradisiya edilməsi tələbindən gedir.

Ərdoğan: İsveç və Finlandiya Türkiyənin terrorla bağlı qorxularını aradan qaldırmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı zamanı bildirib ki, Türkiyə İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı mövqeyinə Ankaraya qarşı terrizmlə mübarizə məsələsində yazılı təminat verənə qədər yenidən baxmayacaq.

“Söhbət zamanı prezident Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində Türkiyənin haqlı narahatlıqlarını aradan qaldıracaq addımlar atmasının önəmli olmasına diqqət çəkdi. Prezident vurğulayıb ki, iki ölkə terrorla mübarizə və müdafiə sənayesində əməkdaşlıqla bağlı bağlı yazılı öhdəliklər vermədən bu prosesdə irəliləyiş mümkün deyil”, – Ərdoğanın ofisinin söhbətdən sonra verdiyi açıqlamada deyilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın