Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il noyabrın 2-dək 198 milyon 13 min 34 manat, 10 milyon 996 min  106 ABŞ dolları (18 milyon 693 min 549 manat), 165 min 596 avro (327 min 963 manat) 495 min 521 türk lirəsi (99 min 847 manat), 1 min 295 ingilis funt sterlinqi (2 min 843 manat ) və 5 milyon 62 min 550 rubl (106 min 820 manat) vəsait daxil olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyon 906 min 626 manat, 10 milyon 777 min 425 ABŞ dolları, 147 min 255 avro və 5 milyon 57 min 550 rubl vəsait daxil olub. 

Bununla da fonda toplam 217 milyon 244 min 56 manat pul daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Öncəki xəbərİzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb
Sonrakı xəbərFərari məmurlar qondarma Dağlıq Qarabağ rejimindəki vəzifələrindən azad olunublar
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın