Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

YALAN.info bildirir ki, bununla bağlı “Reuters” agentliyi ölkə Prezidentinə istinadən xəbər verib. Qeyd edilir ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.  

Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya soxulub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub. İndi bina polis və ordu hissələri tərəfindən əhatəyə alınıb.

Öncəki xəbərMaksim Şevçenko: Paris Ermənistanla Azərbaycan arasında yeni müharibə yaradır
Sonrakı xəbərYeddi müharibə görmüş “Şah” ləqəbli Azərbaycanlı fotoqraf xatirələrini bölüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın