Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanacaqdoldurma məntəqələrində uyğun qurumların apardığı araşdırmalar zamanı bəzi nöqsanlar müəyyən edilib:

“Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin (Aİ-92) Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır”.

SOCAR rəsmisi bildirib ki, Azərbaycanda Avro-5 standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.

KİMZeynəb Əkbər
MƏNBƏAxar.az
Öncəki xəbərNurgül Yeşilçay “Son nəfəsimə qədər” adlı yeni serialla ekranlara qayıdır
Sonrakı xəbərQarabağ iqtisadi rayonunun əhalisinin sayı 900 min nəfərdən çoxdur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın