“Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Aydın oğlu Fərhadov aldığı qəlpə yarası xəsarətindən ölüb”.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu Mətbuat Xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.

İndiki şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətlərinin davam etdirildiyi bildirilir.

Erməni separatçıların Şuşanı atəşə tutması nəticəsində həlak olan Vidadi Fərhadov Şuşada dəfn ediləcək.

KİMBaş Prokurorluğun Mətbuat Xidməti
MƏNBƏAzərbaycan Respublikasının Baş Prokurorluğu
Öncəki xəbərNikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib: Sakitlikdir
Sonrakı xəbər“X” sosial şəbəkəsi bütün istifadəçilər üçün aylıq ödənişli olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın