“İndi Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”.

YALAN.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda özəl olaraq qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə antiterror tədbirləri çərçivəsində yalnız qanuni hərbi obyektləri və hərbi infrastruktur məntəqələrini hədəfə alıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın